1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmış Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsindəki mənzillərdən birində tutulmuşlar
11.01.2014Daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) ilə axtarışda olanlar - Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsindəki mənzillərdən birində tutulmuşlar.