Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
11.01.2014Yanvarın 11-də saat 19 radələrində Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində rayon sakinləri Vüsal Əliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Niyaməddin Məmmədovun idarə etdiyi minitraktor toqquşmuşdur. N.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Keçili kənd sakini Tahir Qocayev xəstəxanaya yerləşdirilmişdir.