Gün ərzində 17 cinayət faktı qeydə alınmışdır
11.03.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.