Nərimanov rayon sakini Tələt Behbudovun yaşadığı mənzildə qaz sızmasından partlayış baş vermişdir
11.03.2007Nərimanov rayon sakini Tələt Behbudovun yaşadığı mənzildə qaz sızmasından partlayış baş vermişdir. Nəticədə otağın arakəsmə divarı aşaraq qonşu mənzildə yaşayan Təranə Quliyevanın üstünə düşmüş, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış Zaur Mehbalıyevə məxsus "VAZ-2106" markalı avtomaşının üstünə düşərək onu əzmişdir. Xəsarət almış T.Behbudov və T.Quliyevaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.