Biləsuvar şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
05.01.2014Yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov “saxla” işarəsi vermişdir. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti “BMW” markalı avtomobili vuraraq hadisə yerindən qaçmışdır.
Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanımışdır.
R.Ağaməmmədov xəstəxanaya yerləşdirilmişdir.Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.