O.Zabelinaya məxsus “Hyundai” markalı avtomobildən pul oğurlamış Bakı şəhər sakini C.Zahidov tutulmuşdur
05.01.2014Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Olqa Zabelinaya məxsus “Hyundai” markalı avtomobildən 250 manat pul oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfər Zahidov tutulmuş və ondan 0,183 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri ilə onun Sevinc Əliyevanın evindən 850 manat pul və sənədlər oğurlaması da müəyyən edilmişdir.