Quba şəhərində yaşayan Mayıl Paşayevin həyətindəki yardımçı təsərrüfatda təbii qazın sızmasından partlayış baş vermişdir
02.01.2014Yanvarın 2-də saat 12 radələrində Quba şəhəri Sahil küçəsi ev 4-də yaşayan Mayıl Paşayevin həyətindəki yardımçı təsərrüfatda təbii qazın sızmasından partlayış baş vermişdir. Yardımçı təsərrüfatın pəncərə və qapı çərçivələri dağılmış, xəsarət almış M.Paşayev və arvadı Zümrüd xəstəxanaya yerləşdirilmişlər.