Siyəzən rayonu ərazisində YNH zamanı xəsarət almış Tovuz rayon sakini Sabir İsgəndərov xəstəxanada ölmüşdür
02.01.20142013-cü il dekabr ayının 16-da Siyəzən rayonu ərazisində Tovuz rayon sakini Sabir İsgəndərovun idarə etdiyi “KamAZ” markalı və Ağsu rayon sakini Ramiz Hüseynovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.İsgəndərov yanvarın 2-də xəstəxanada ölmüşdür.