Ağcabədi şəhərində yaşayan Həmidə İsmayılovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
02.01.2014Yanvarın 2-də saat 16 radələrində Ağcabədi şəhəri E.Sadıqov küçəsi ev 156-da yaşayan Həmidə İsmayılovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mətbəxin tavanı dağılmış, xəsarət almış H.İsmayılova xəstəxanaya yerləşdirilmişdir.