Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Razim Hacıyev Xətai rayonu ərazisindəki kirayədə yaşadığı evdə tutulmuşdur

27.12.2013

Milli təhlükəsizlik, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304-cü (Azadlıqdan məhrumetmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə axtarışda olan Razim Hacıyev Xətai rayonu ərazisindəki kirayədə yaşadığı evdə tutulmuşdur.

Baxış zamanı 1 ədəd pnevmatik qaz tapançası, 1 “AKM” silahı, ona aid 29 ədəd patron və 1 sandıqça, 1 süngü bıçaq, özündən isə 5,63 qram marixuana aşkar edilərək götürülmüşdür.

Onunla birgə olan Lerik rayon sakini Malik Əhmədov “KİA” markalı avtomaşında qaçmağa cəhd göstərərkən onu polis kapitanı Gündüz Təhməzovun idarə etdiyi “BMW” markalı avtomobilə vurmuşdur.

M.Əhmədov tutulmuş, ondan 6,49 qram marixuana götürülmüşdür.

Xəsarət almış G.Təhməzova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

27.12.2013 tarixinə olan kriminal məlumatlar