Cari ilin dekabr ayı ərzində Lənkəran şəhərində avtomobildən və iki mağazadan oğurluq etmiş şəhər sakini R.Nuriyev saxlanılmışdır
27.12.2013Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin dekabr ayı ərzində Samid Qədimova məxsus avtomobildən 50 manat pul və maqnitofon, Gülmirə Cəfərovaya məxsus mağazadan 170 manat pul, tütün və danışıq kartı, Elman Muradova məxsus mağazadan 850 manat pul oğurlamış şəhər sakini Rafət Nuriyev saxlanılmışdır.