Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi

24.12.2013

Dekabrın 24-də saat 12 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yunisov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuş, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxmış və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşmuşdur.

A.Sadıxov və sərnişinləri - Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahirov, habelə şəxsiyyətləri müəyyən edilməmiş 20-25 yaşlı iki kişi hadisə yerində ölmüşlər.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

24.12.2013 tarixinə olan kriminal məlumatlar