Səbail rayonunda yerləşən mağazanın gözətçisi Vidadi Talıbov tüstüdən boğularaq ölmüşdür
24.12.2013Dekabrın 24-də saat 11 radələrində Səbail rayonu A.Quliyev küçəsində Bakı şəhər sakini Lyudmila Məmmədovaya məxsus mağazada, oranın gözətçisi Vidadi Talıbovun istifadə etdiyi döşək yanmış və o, tüstüdən boğularaq ölmüşdür.