Şəmkir rayonu Seyfəli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2013Dekabrın 24-də saat 12 radələrində Şəmkir rayonu Seyfəli kəndinin ərazisində rayon sakini Sirac Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırmışdır. Sürücü və sərnişinləri, həmyerliləri Baxşəli Hümbətov, Ərkinaz Məmmədova xəstəxanaya yerləşdirilmişlər.