Avtomobil qaçırmış Tovuz rayon sakini Ramil Kərimov saxlanılmışdır
19.12.2013Dekabrın 19-da Xırdalan şəhəri 28-ci məhəllənin ərazisindən Masallı rayon sakini Asəf Əzizova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və BDYPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Tovuz rayon sakini Ramil Kərimov Qaradağ rayonu ərazisində saxlanılmış və avtomobillə birgə Abşeron RPŞ-yə təhvil verilmişdir.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.