Avtomobil qaçırmış Bakı şəhər sakini Vüsal Cabbarov tutulmuşdur
19.12.2013Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Nizam Quliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Vüsal Cabbarov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 22-də həmyerliləri Yusif Nuriyevlə və Kamil Vəlixanovla birgə Mehman Əhmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.