Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2013Dekabrın 18-də Salyan rayonu ərazisində Neftçala rayon sakini Natiq Nəsirov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun hərəkət hissəsinə çıxaraq atı vurmuş və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı dirəyə çırpmışdır. N.Nəsirovun sərnişini - həmyerlisi Məlahət Əliyeva xəstəxanaya yerləşdirilmiş və dekabrın 19-da orada ölmüşdür.