Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakinlərindən odlu silah, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və digər vasitələr götürülmüşdür

17.12.2013

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmış Alim Tağıyevin evindən 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, 45 disk, dini sənədlər və 1 ədəd noutbuk, Firudin Musayevin evindən isə qanunla qadağan olunmuş 64 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 3 ədəd dini əl yazmalar olan qovluq, “Volkswagen Qolf” markalı avtomobilindən 1 ədəd “Milspes” markalı tapança, 1 qumbara, 1 süngü-bıçaq, 1 bıçaq və 1 ədəd dini kitabça götürülmüşdür.

Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.