Bərdə rayon sakini Qafqaz Bədəlov odlu silah və vasitələrini satarkən tutulmuşdur
17.12.2013Baş Cinayət-Axtarış İdarəsi və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd “AKSU” markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulmuşdur.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin sılah və sursatı Q.Bədəlova vermiş Tərtər rayon sakini İsa Hüseynov da tutulmuşdur.