Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dekabrın 11-də Sumqayıtda baş vermiş cinayətdə şübhəli bilinən daha 2 nəfər saxlanılmışdır

16.12.2013

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülmüşdür.

Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılmışlar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.