Ağdam rayonu Alıbəyli-1 qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2013Dekabrın 16-sı saat 18 radələrində Ağdam rayonu Alıbəyli-1 qəsəbəsinin ərazisində Əfətli kənd sakini Şakir Məhərrəmovun idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini Əli Dadaşovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur.
Ə.Dadaşov hadisə yerində ölmüş, Ş.Məhərrəmov xəstəxanaya yerləşdirilmişdir.