Gün ərzində 60 cinayət faktı qeydə alınmışdır
08.12.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 34-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 18 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.