Oğurluq etdiyinə görə tutlmuş Şirvan şəhər sakini Mahir Tağıyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
08.12.2013Şirvan ŞPŞ, Sabirabad RPŞ və Masallı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Şamil Alıyevə məxsus mağazadan 437 manat pul, tütün məmulatı və danışıq kartı oğurlamış Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Tağıyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Əşrəf Balayevə məxsus mağazadan 700 manat pul, danışıq kartı, tütün məmulatı və ərzaq məhsulu, habelə həmyerlisi, əvvəllər məhkum olunmuş Nahid Vəliyevlə birgə Daşqın Rəsulova və Fariz Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, danışıq kartı, geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.