Oğurluq etmiş Astara rayon sakinləri Dəyanət Nəcəfzadə və Şəhmin Novruzov tutulmuşlar
27.11.2013Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Zaur Həsənovun mağazasından 120 manat pul və danışıq kartları oğurlamış Astara rayon sakinləri Dəyanət Nəcəfzadə və Şəhmin Novruzov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Tahir Salmanova və Teymur Həsənova məxsus mağazalardan da pul, ərzaq məhsulları və danışıq kartları oğurlamaları müəyyən edilmişdir.