Oğurluğa cəhd göstərmiş Kürdəmir rayon sakini Mətanət Hüseynova tutulmuşdur
27.11.2013Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Vüsal Ramazanovun mənzilindən oğurluğa cəhd göstərmiş Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Babəli İsbatovun və Cəmilə Qurbanovanın evlərindən də pul, qızıl əşyaları və sənədlər oğurlaması müəyyən edilmişdir.