Avtomobil qaçırmış Şəki rayonu Kiçik Dəhnə kənd sakini Emil Yusifov tutulmuşdur
25.11.2013Noyabrın 25-də saat 18.40 radələrində Şəki rayonu Turan qəsəbəsinin ərazisindən Bolludərə kənd sakini Seymur Süleymanova məxsus “VAZ-2103” markalı avtomobil qaçırılmışdır.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Kiçik Dəhnə kənd sakini Emil Yusifov tutulmuşdur.