Xətai rayonu G.Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi
25.11.2013Noyabrın 24-də saat 20.00 radələrində Xətai rayonu G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Fikrət Məmmədov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.