Yeni Suraxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
23.11.2013Noyabrın 23-də saat 02.25 radələrində Yeni Suraxanı qəsəbəsi ərazisində "BMW" markalı avtomobili idarə edən şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücü onu yolun kənarındakı maneəyə vurmuş, həmin istiqamətdə hərəkət edən Bakı şəhər sakini Vüqar Baxşəliyev isə "Daewoo-Nexia" markalı avtomobili ona vurmuşdur. V.Baxşəliyev hadisə yerində ölmüşdür.