Noyabrın 19-da Bakı şəhər sakini D.İsmayılovaya məxsus avtomobili qaçırmış şəxslər saxlanılmışlar
23.11.2013DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində noyabrın 19-da Bakı şəhər sakini Dilarə İsmayılovaya məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Göygöl rayon sakinləri Ramiz Tağıyev, Kənan Rzayev, Faiq Ələkbərov və Eldar Rzayev BDYPİ-nin Bakı-Qazax yolunda yerləşən Daimi Postunda saxlanılmışlar.