Avtomaşın qaçırmış Şamaxı rayon sakini Hüseyn Məmmədşuri tutulmuşdur
12.11.2013Noyabrın 12-də 05.00 radələrində Şamaxı rayonu ərazisindən rayon sakini Elmin Hacıyevə məxsus “VAZ-2101” markalı avtomobil qaçırılmışdır.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədşuri tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 12-nə keçən gecə rayon ərazisindən Mədrəsə qəsəbə sakini Mavlid Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili də qaçırmağa cəhd göstərməsi, buna nail omadıqda isə salonundakı 150 manat pul və şəxsi sənədləri oğurlaması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmış, araşdırma aparılır.