Şirvan şəhəri M.Mirzəyev küçəsində yol-nəqliyyat hadisəsi
12.11.2013Noyabrın 12-də saat 16.00 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində şəhər sakini Zaur Zərbəliyev idarə etdiyi “KİA” markalı avtomobillə dayanacaqda dayanmış Salyan rayon sakini Fəridə Dadaşovanı vurmuşdur. Xəsarət almış F.Dadaşova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Bununla əlaqədar hadisə yerinə gəlmiş “ATV” telekanalının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev buna maneəçilik törətmiş, videokameranı sındırmış və onu döymüşdür.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.