Mağazadan dam örtüyünü sökmək yolu ilə oğurluğa cəhd göstərilmiş Bakı şəhər sakini Mikayıl Yunusov tutulmuşdur
05.11.2013Noyabrın 5-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Rüstəm Cəfərova məxsus mağazadan dam örtüyünü sökmək yolu ilə oğurluğa cəhd göstərilmişdir. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mikayıl Yunusov tutulmuşdur.