10 baş qoyun oğurlamış Şirvan şəhər sakini Baloğlan Hüseynov və Çılpaqlı qəsəbə sakini Nicat Zərbəliyev tutulmuşlar
05.11.2013Noyabrın 5-də Şirvan şəhəri Çılpaqlı qəsəbə sakini Azər Hacıyevə məxsus 10 baş qoyun həyətindən oğurlanmışdır. Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Baloğlan Hüseynov və Çılpaqlı qəsəbə sakini Nicat Zərbəliyev tutulmuşlar.