Saatlı rayonu ərazisində “Mercedes” markalı avtomaşınla rayon sakini B.Məhərrəmova vurulmuşdur
04.11.2013Noyabrın 4-də saat 10.30 radələrində Saatlı rayonu ərazisində rayon sakini Nasir Curayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən həmyerlisi Birdanə Məhərrəmovanı vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.