Salyan rayonu Marışlı kəndinin ərazisində “Wolksvagen” və “MAZ” markalı atomaşınlar toqquşmuşdur
04.11.2013Noyabrın 4-də saat 20.30 radələrində Salyan rayonu Marışlı kəndinin ərazisində Bakı şəhər sakinləri Hüseyn Abbasovun idarə etdiyi “Wolksvagen” markalı və Kamil Əliyevin idarə etdiyi “MAZ” markalı atomaşınlar toqquşmuşdur. Nəticədə H.Abbasov və sərnişinlərindən Bakı şəhər sakini Natella Quliyeva hadisə yerində ölmüş, digər sərnişini Xanım Əkbərova, habelə K.Əliyev xəstəxanaya yerləşdirilmişlər.