İmişli rayonu Hacırüstəmli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
28.10.2013Oktyabrın 28-də saat 14.00 radələrində İmişli rayonu Hacırüstəmli kəndinin ərazisində Cəbrayıl rayon sakini Fəqan Atakişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını Əzizbəyov adına kanalının üzərindəki körpüdən kanala aşırmışdır. Nəticədə sürücü avtomaşında suda boğulmuşdur. F.Atakişiyevin meyiti və avtomaşın sudan çıxarılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.