Abşeron rayonu Məhəmmədi qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
28.10.2013Oktyabrın 28-də saat 20.00 radələrində Abşeron rayonu Məhəmmədi qəsəbəsinin ərazisində qəsəbə sakini Eldar İmanov idarə etdiyi “Chevrolet” markalı avtomaşınla yolu keçən 45-50 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.