Samux rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.10.2013Oktyabrın 28-də saat 02.00 radələrində Samux rayonu ərazisində Gəncə şəhər sakini Rəşad Fərəcullayevin idarə etdiyi “Ford Tranzit” markalı və Samux rayon sakini Fikrət Musayevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə hər 2 sürücü hadisə yerində ölmüş, F.Musayevin xəsarət almış sərnişini Bəsti Abbasova xəstəxanaya yerləşdirilmişdir.