5 ədəd xəbərdaredici işıqlandırıcı cihazları sökərək oğurlamış Bakı şəhər sakinləri Elvin Şükürov, Müşfiq Məmmədli və Rəmzi Muradov tutulmuşlar
23.10.2013Oktyabrın 23-də Zığ-Aeroport yolundakı asfalt örtüyünə quraşdırılmış “Azəryolservisə” məxsus 5 ədəd xəbərdaredici işıqlandırıcı cihaz sökülərək oğurlanmışdır.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elvin Şükürov, Müşfiq Məmmədli və Rəmzi Muradov tutulmuşlar.