Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Göygöl rayon sakini Sərvan Ələkbərov və Bakı şəhər sakini Seymur Rzaxanovun digər cinayət əməlləri müəyyən edilmişdir

23.10.2013

Abşeron RPŞ əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Məlikməmməd Paşayevə məxsus 2 baş qoyunu oğurlamış Göygöl rayon sakini Sərvan Ələkbərov və Bakı şəhər sakini Seymur Rzaxanov tutulmuşlar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Masallı rayon sakini Vüsal Ramazanlı ilə birgə oktyabrın 17-nə keçən gecə rayonun Sığıncaq kənd sakini İgid Əliyevə məxsus 5 baş, sonra isə onların Abşeron rayon sakini Rüstəm Quliyevlə birgə Yusif Cavadova məxsus 3 baş, oktyabr ayının 22-nə keçən gecə isə Masallı rayonunun Həsənli kənd sakini Cərrahil Quliyevə məxsus 2 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.

23.10.2013 tarixinə olan kriminal məlumatlar