Lənkəran şəhər sakini R.Qurbanova məxsus “VAZ-21099” markalı avtomaşını qaçırmış E.Allahverdiyev saxlanılmışdır
15.10.2013Oktyabrın 16-da Yasamal rayonu A.Şərifzadə küçəsindən Lənkəran şəhər sakini Rafiq Qurbanova məxsus “VAZ-21099” markalı avtomaşın qaçırılmışdır.
Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elvin Allahverdiyev BDYPİ-nin Daimi Postunda avtomaşını idarə edərkən saxlanılmış və Yasamal RPİ 28-ci PB-nə təhvil verilmişdir.