Ə.Məlikov,E.Baxşiyev,S.Fərzəliyev-ə bıçaqla xəsarət yetirmiş Biləcəri qəsəbə sakini T.Əliyev tutulmuşdur
15.10.2013Oktyabrın 15-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən şəhər sakini Əli Məlikov döş qəfəsindən daxilə nüfuz edən, Masallı rayon sakini Elçin Baxşiyev və Kəlbəcər rayon sakini Seymur Fərzəliyev isə daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər.
Oktyabrın 16-da Ə.Məlikov orada ölmüşdür.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Tural Əliyev tutulmuşdur.