Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayon sakini K.Qasımov Nərimanov rayonu ərazisində avtobusdan oğurluğa cəhd göstərərkən avtobusun sahibi tərəfindən tutularaq polisə təhvil verilmişdir

14.10.2013

Oktyabrın 15-də saat 02.00 radələrində Nərimanov rayonun Mayakovski küçəsində Ağdaş rayon sakini Kənan Qasımov şəhər sakini Sərdar Məmmədova məxsus “Daewoo” markalı avtobusdan oğurluğa cəhd göstərərkən Sərdar onu görmüş və avtobusdan düşməsini tələb etdiyindən sonuncu onu bıçaqla hədələmişdir. Kənan Sərdar tərəfindən tutularaq Nərimanov RPİ-nin polis əməkdaşlarına təhvil verilmişdir.

K.Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 3-də Rafiq Aslanova məxsus “İsuzu” markalı  avtobusun maqnitofonunu da sökərək oğurlaması da  müəyyən edilmişdir.

14.10.2013 tarixinə olan kriminal məlumatlar