Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yeni Suraxanı qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanı başqa nəqliyyat vasitəsinə aid olan avtomaşın saxlanılmışdır

14.10.2013

Oktyabrın 14-də Yeni Suraxanı qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomaşın şübhə doğurduğundan Suraxanı RPİ PPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman sürücü avtomaşından düşərək qaçmış, sərnişini, Bakı şəhər sakini Raqif  Bağırov saxlanılmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, həmin avtomaşının dövlət qeydiyyat nişanı Masallı rayon sakini Asiman Abdullayevə məxsus “Mazda” markalı avtomaşına aiddir.

Toplanmış materiallar Xəzər RPİ-yə göndərilmişdir.

14.10.2013 tarixinə olan kriminal məlumatlar