“İstisu” restoranında M.Çinçaradzeyə qarşı zor tətbiq edib ondan pulunu və mobil telefonunu almış Z.Babayevin başqa cinayət hadisəsini də törətməsi müəyyən edilmişdir
13.10.2013Oktyabrın 14-də Xırdalan şəhərinin ərazisindəki “İstisu” restoranında naməlum şəxs Gürcüstan vətəndaşı Merab Çinçaradzeyə qarşı zor tətbiq edib 400 dollar, 7 manat və 1 ədəd mobil telefonunu almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Zaur Babayev tutulmuşdur.
Z.Babayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 13-də Vüqar Musayevi bıçaqla hədələyib 100 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilmişdir.