Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində “Mercedes” markalı avtomaşınla paytaxt sakini E.Məmmədova vurulmuşdur
13.10.2013Oktyabrın 14-də saat 06.50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Hafiz Əzizov idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən həmyerlisi Elvina Məmmədovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.