Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
13.10.2013Oktyabrın 14-də saat 16.00 radələrində Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində Qaracəmirli kənd sakini Ruslan Talıbov atasına məxsus “Mercedes” markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə R.Talıbovun xəsarət almış sərnişini, Qaracəmirli kənd sakini Nurlan Səmədli xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.