Ağstafa rayon Tatlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
27.09.2013Sentyabrın 28-də saat 11.30 radələrində Ağstafa rayonu Tatlı kəndinin ərazisində kənd sakini Cabir Əsgərov idarə etdiyi “QAZ-53” markalı avtomaşınla yolu keçən həmkəndlisi, azyaşlı Samir Əhmədovu vurmuşdur. Nəticədə xəsarət almış uşaq hadisə yerində ölmüşdür.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.