Şirvan şəhər sakini Azad Nəcəflinin oğurluq etməsi müəyyən edilmişdir
27.09.2013Sentyabrın 27-də Qaradağ rayonu Sahil qəsəbəsindəki ticarət mərkəzində Saatlı rayon sakini Asif Niyazova məxsus 1 ədəd planşet oğurlanmışdır.
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Şirvan şəhər sakini Azad Nəcəfli tərəfindən törədilməsi müəyyən edilmişdir.