Tərtər rayonu Təzəkənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
27.09.2013Sentyabrın 28-də saat 11.10 radələrində Tərtər rayonu Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini Pərvis Muradovun idarə etdiyi “Mercedes” markalı və Seydimli kənd sakini Vahid Musayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və P.Muradovun sərnişinləri, Bərdə rayon sakini Xanım Muradova və Tərtər rayon sakini Elxan Nəbiyev xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.